"Messi və Ronaldu "Yuventus"da? Möhtəşəm olardı"

"Messi və Ronaldu "Yuventus"da? Möhtəşəm olardı"
"Barselona"nın keçmiş futbolçusu Rivaldo Lionel Messinin "Mançester Siti" və ya "Yuventus"a potensial keçidindən danışıb.
Fanat.Az Goal.com-a istinadən xəbər verir ki, Rivaldo Messi - Kriştianu Ronaldu duetinin möhtəşəm alınacağını qeyd edib:
"Messi klubu tərk etmək istəyirsə, deməli, "Barselona"da nələrsə qaydasında getmir. Bəlkə də, o, son aylarda klubu əhatə edən problemlərdən yorulub.
Messinin müqaviləsi bitəndə onun 34 yaşı olacaq. Amma məncə, onun səviyyəsində olan biri asanlıqla Premyer Liqada oynaya bilər. Əlbəttə, Messinin "Barselona"ndan ayrılmasını izləmək üzücü olacaq. Yenə də, ümid edirəm ki, Leo klubda qalacaq.
Klubla arasındakı bağa baxmayaraq, Messi "Barselona"dan ayrılmaq haqqına sahibdi. Pep Quardiola ilə yenidən bir arada olmaq onun üçün cəzbedici seçim ola bilər. Onların "Barsa"dakı işbirliyi əla alınmışdı.
"Yuventus"? Düşünürəm ki, artıq bəzi agentlər Messi-Ronaldu duetinin xəyalını qururlar. Bu baş versə, əsl "partlayış" olar. Əminəm ki, "Yuventus" argentinalıya qoyduğu sərmayəni qısa müddət ərzində geri qaytarar.
Messi - Ronaldu dueti tarixə düşərdi. Əminəm ki, "Yuventus"un sponsorlarının əksəriyyəti transferin reallaşmasına yardımçı olmaq istəyərlər. Son 10 ilin iki ən yaxşı futbolçusu eyni klubda... - möhtəşəm olardı".
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər