Messi: "Mourinyo böyük məşqçidir, amma..."

Messi: "Mourinyo böyük məşqçidir, amma..."

“Joze Mourinyo əla məşqçidir, ancaq biz bilirik ki, Karlo Ançelotti böyük mütəxəssisdir”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Barselona”nın hücumçusu Lionel Messi deyib. Argentina milli komandasının futbolçusu Joze Mourinyonun “Çelsi”yə gedişini və Karlo Ançelottinin “Real”a keçidinə şərh edib: “Mourinyonun yenidən “Çelsi”də müvəffəqiyyət qazanacağını düşünürəm. Çünki o, böyük məşqçidir. İspaniya La Liqası çətin çempionatdır. Bu, həmişə belə olub. Hər halda, biz güclü komandalarla mübarizə aparacağıq. Heyətində çox yaxşı oyunçuları olan “Real” kimi rəqiblərimiz olacaq”.

İdman24.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər