"Barselona" Lionel Messinin istədiyi məbləği ödəməyəcəyi təqdirdə argentinalı hücumçu Çin klubunun təklifini qəbul edəcək.
Sport7.az xəbər verir ki, bu barədə İspaniyanın Estudio Estadio verilişinin tvitter səhifəsində məlumat verilib.
Məlumata görə, Messi yaxın dostu olan futbolçuya deyib ki, "Barselona" onun pul barədə istədiyi qiymətə razılaşmasa Çinə gedəcək. Onun hazırkı müqaviləsi 2018-ci ilin iyun ayında başa çatacaq. Hazırda Katalonya təmsilçisi hücumçu ilə danışıqlar aparır.
Qeyd edək ki, daha əvvəl AS qəzeti Çinin "Xebey Çayna Forçun" klubunun Messiyə 100 milyon avro təklif etdiyi haqda məlumat yayıb.
Fanat.Az