Messi "Barselona"nı bu kluba dəyişir - ŞOK İDDİA

Messi "Barselona"nı bu kluba dəyişir - ŞOK İDDİA

Lionel Messi "Barselona"dan ayrılmaq istəyir. Fanat.az xəbər verir ki, bu iddia ilə "Daily Mail" çıxış edib.

İddia edilir ki, vergidənyayınma iddiaları ilə məhkəmə qarşısına çıxan argentinalı ulduz yetirməsi olduğu klubu tərk etmək niyyətindədi. "Daily Mail" yazır ki, Joze Mourinyonu komandanın başına gətirən və sensassiyalı transferlərə imza atan "Mançester Yunayted"in hədəfindəki futbolçulardan biri də məhz Messidi. "Barselona"dan ayrılmaq istəyən futbolçu özü də Premyer Liqada oynamağın əleyhinə deyil.

Məlumatlara görə, artıq 3 həftədir ki, "Mançester Yunayted" bu transferlə bağlı "Barselona"nın fikrini öyrənməyə çalışır. Kataloniya klubu Messini satmaqdan qətiyyətlə imtina etsə də, "qırmızı-şeytanlar" geri çəkilmək niyyətində deyil.

Qeyd edək ki, "Barselona" "Transfermarkt" Messiyə 120 milyon avro qiymət qoyub. "Barselona"nın isə onun müqaviləsinə 250 milyon avroluq bənd saldığı deyilir. Yəni argentinalını transfer etmək istəyən məhz bu məbləği ödəməlidi.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər