Messi PSJ-nin təklifini geri çevirdi, "Barselona" hərəkətə keçdi - SON DURUM

Messi PSJ-nin təklifini geri çevirdi, "Barselona" hərəkətə keçdi - SON DURUM

Lionel Messi formasını geyindiyi PSJ-nin yeni müqavilə təklifini geri çevirib və böyük ehtimalla, cari mövsümün sonunda Paris təmsilçisini azad agent statusu ilə tərk edəcək.

Fanat.Az xəbər verir ki, informasiyanı şəxsi "Twitter" hesabı üzərindən jurnalist Veronika Brunati yayıb.

Xəbərə görə, "Barselona" bu həftə argentinalı superulduzla danışıqları intensivləşdirəcək və anlaşmanın şərtləri ilə bağlı mövsüm başa çatmamış razılıq əldə etməyə çalışacaq.

Daha öncə Kataloniya təmsilçisinin Messini geri qaytarmaq üçün bir neçə sponsorla danışıq apardığı barədə müxtəlif mənbələrdə məlumatlar dərc edilmişdi.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər