Messi müqavilə imzalayır - Nə qədər qazanacaq?

Messi müqavilə imzalayır - Nə qədər qazanacaq?

"Barselona" Lionel Messi ilə bağlı qeyri-müəyyənliyə son qoyur. Fanat.Az xəbər verir ki, Kataloniya klubu argentinalı ulduzun müqavilə müdətini artırır.

Artıq tərəflər yeni anlaşmanın bütün detalları tam razılaşdırılıb. Hətta müqavilənin imzalanma vaxtı da bəllidi. 

Uzun illərdi birlikdə olduğu və 2 uşağının anası Antonella Rokkuzzo ilə iyunun 30-da evlənən Messinin bu həftə Barselonaya dönməsi gözlənilirdi. Amma argentinalı ulduz planlarını dəyişib. Futbolçu ailəsi ilə birlikdə iyulun 12-dək Antiqua və Barbudada istirahət edəcək. Müqavilə həmin günlərdə imzalanacaq.

Messi müqavilə imzalayır - Nə qədər qazanacaq?

Mövcud müqaviləsi 2018-ci ilin 30 iyununda başa çatacaq Messinin atası Xorxe ilə klub rəhbərliyi arasında aparılan danışıqlarda bütün məsələlər razılaşdırılıb. Yeni müqavilə 2021-ci ilədək nəzərdə tutulub. "Barselona" futbolçuya illik 30 milyon avro maaş verəcək. Yeni anlaşmada futbolçunun transfer qiyməti 400 milyon avro olacaq. Hazırkı müqavilədə bu rəqəm 250 milyon avro idi.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər