Messi "Mançester Siti"də yox, bu klubda oynamaq istəyir

Messi "Mançester Siti"də yox, bu klubda oynamaq istəyir
"Barselona"nın ulduzu Lionel Messi mövsümün sonunda komandanı tərk edə bilər.
Fanat.Az xəbər verir ki, bu barədə "El Chiringuito" nəşri məlumat yayıb. İddia olunub ki, 33 yaşlı hücumçu ilə "Mançester Siti", PSJ və "İnter" maraqlanır. Nəşr bildirir ki, "Mançester Siti" Messinin komandaya keçməsinə ciddi yanaşır. Klubun sahibi onun transferi üçün vəsait ayırmağa hazırdı. Lakin argentinalı oyunçu "İnter"də oynamaq istəyir.
Qeyd edək ki, Lionel Messi yayda "Barselona"nı tərk etmək istəsə də, klub rəhbərliyi onunla müqaviləni pozmaqdan imtina edib. Daha sonra Messi komandada ən azı bir mövsüm qalacağını açıqlayıb.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər