"Barselona"nın ulduz futbolçusu Lionel Messi klubu tərk edə bilər.
Fanat.az xəbər verir ki, bu barədə "Esporteinterativo" məlumat yayıb.
İddiaya görə, argentinalı ulduz komandanı tərk etmək niyyətindədir. 35 yaşlı hücumçuya yaxın olan mənbə Messinin əvvəllər belə qəti qərar vermədiyini söyləyib.
Ölkənin məşhur "Mundo Deportivo" nəşri isə xəbəri təkzib edib və argentinalı forvardın kluba belə məlumat vermədiyini yazıb. Nəşr Messinin komandada qalacağını vurğulayıb.
Qeyd edək ki, "Barselona" UEFA Çempionlar Liqasının 1/4 finalında Almaniya "Bavariya"sına 2:8 hesabı ilə uduzub. Messinin klubla müqaviləsi 2021-ci ilin yayında başa çatır.
Fanat.az