Messi "Barselona"dan ayrılırmı? - Setyendən açıqlama

Messi "Barselona"dan ayrılırmı? - Setyendən açıqlama
Barselona"nın baş məşqçisi Kike Setyen "Vilyarreal"la oyun ərəfəsində, komandadan ayrılacağı haqda xəbərlər yayılan Lionel Messi və kollektivdəki ümumi atmosferdən danışıb.
Fanat.Az AS-a istinadən xəbər verir ki, Setyen Messinin özünü "Barsa"da yaxşı hiss etdiyini və futbolçuların ona işində yardımçı olduqlarını bildirib:
"Bu mövzuda spekulyasiya etmək niyyətində deyiləm. Messidən komandadan ayrılacağı ilə bağlı heç nə eşitməmişəm. Ona görə də deyəcək bir şey yoxdu. Bildiyim odur ki, Messi komandada özünü yaxşı hiss edir, qalan şeylər şayiələrdi. 
"Barselona"dakı atmosferə gəlincə, başa düşürəm, hər komandanın öz iyerarxiyası var. Bu, zamanla, nəticələdən asılı olaraq formalaşan bir şeydi. Oyunçular mənə mane olmurlar. Əksinə, onlar mənə dəstək olmağa çalışırlar. Mən nəyisə yeritməyə çalışan məşqçilərdən deyiləm".
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər