Messi “Barselona”da qalmaq istəmir

Messi “Barselona”da qalmaq istəmir

Lionel Messi "Barselona" ilə müqaviləsinin müddətini uzatmaq istəmir. Fanat.Az xəbər verir ki, belə bir bəyanatla İspaniyanın məşhur "Marca" nəşri çıxış edib.

Argentina yığmasının hücumçusu bu qərarı yayda ailəsi ilə birgə istirahət etdiyi vaxt verib. Klub prezidenti Xosep Mariya Bartomeu ondan sakitliyini qorumağı və öz niyyətini daha diqqətlə götür-qoy etməyi xahiş edib. Bartomeu 29 yaşlı forvarda transfer kompensasiyasının 250 milyon avro təşkil etdiyini də xatırladıb.

Qeyd edək ki, Lionel Messinin "Barselona" ilə hazırkı müqaviləsi 2018-ci ilin yayınadək qüvvədədir.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər