Messi "Barselona" haqda dediklərinə görə üzr istədi

Messi "Barselona" haqda dediklərinə görə üzr istədi

Argentina millisinin və PSJ-nin superulduzu Lionel Messinin qardaşı Matias Messi "Barselona" barədə səsləndirdiyi fikirlərə görə üzr istəyib.

Fanat.Az xəbər verir ki, o, sosial şəbəkələrdəki hesablarında paylaşım edib:

"Sosial şəbəkələrdə daha öncə yazdıqlarıma görə üzrxahlıq etmək fikrindəyəm. Mən sadəcə, oğlum və dostlarımla zarafatlaşmışdım. Yalnız Leoya yox, həm də mənim ailəmə bu qədər faydası dəymiş, böyük tarixi olan "Barselona" barədə dediklərimi ciddi qəbul etməyin. Kataloniya bizim ikinci evimizdir. Bunu hamı bilir. Təəssüf edirəm ki, belə alındı. Hamıdan, xüsusilə "Barselona" azarkeşlərindən üzr istəyirəm".

Xatırladaq ki, Matias "Lionel Messi "Barselona"ya qayıtmayacaq. Qayıtsa, klubun prezidenti Laportanı aradan götürəcək" yazmış və bu klubun qardaşına görə bu səviyyədə tanındığını bildirmişdi.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər