PSJ-nin yayda "Barselona"dan 222 milyon avroya heyətinə qatdığı Neymarla bağlı transfer iddiaları səngimir.
Fanat.Az xəbər verir ki, bir müddətdi adı "Real"la yanaşı çəkilən braziliyalı ulduz üçün indidə "Mançester Yunayted"in hərəkətə keçdiyi iddia olunur.
"Don Balon" qəzetinin məlumatına görə, "Mançester Yunayted"in forma sponsorlarından olan "Chevrolet" braziliyalı futbolçunun transferi üçün rəhbərliyi razı salmağa çalışır.
Bildirilir ki, məşhur avtomobil şirkəti Asiya və Avropadakı bazar payını artıra bilmək üçün klubu Neymarın tranferinə razı salmaq istəyir. "Chevrolet" hətta transfer haqqının bir hissəsini ödəməyi vəd edib.
Fanat.Az