Məşhur futbolçu qovuldu

Məşhur futbolçu qovuldu
Məşhur fransız futbolçu Nikolya Anelka “Vest Bromviç”dən qovulub. Fanat.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Anelka qeyri-peşəkarlıqda, müqavilədə göstərilən şərtlərə əməl etməməkdə ittiham olunur.
 
Qeyd edək ki, fevral ayında Anelka İngiltərə Futbol Assosiasiyasının qərarı ilə 5 oyunluq cəzaya məruz qalmışdı.  O, “Vest Hem”lə oyunda qol vurduqdan sonra etdiyi jestə - faşist salamına görə cəzalanmışdı.
 
Klub rəhbərliyi dəfələrlə Anelkadan məşqlərə qatılmağı, etdiyi jestə görə hər kəsdən üzr istəməyi tələb etsə də, futbolçu bundan imtina etmişdi. Bütün bunlardan sonra “Vest Bromviç” rəhbərliyi Anelka ilə müqaviləni bir tərəfli qaydada pozduqlarını bildirib.
 
Futbolçu özü "Twitter"də klubla qarşılıqlı olaraq müqaviləsini ləğv etdiyini açıqlayıb.  
 
Anelka "PSJ", "Arsenal", "Real", "Mançester Siti", "Fənərbağça", "Bolton", "Çelsi", "Şanxay", "Yuventus" klublarının şərəfini qoruyub. 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər