Məşhur futbolçu 18 ildən sonra klubundan ayrılır

Məşhur futbolçu 18 ildən sonra klubundan ayrılır

"Milan"nın vitse-prezidenti Adriano Galliani 18 ildir "Milan" forması geyən və müqaviləsi başa çatan Massimo Ambrosini ilə yeni müqavilə bağlamayacaqlarını bildirib.

İdman24.az-ın dünya mətbuatına istinadən verdiyi xəbərə görə, 36 yaşlı futbolçu 1995-ci ildə "Cesena"dan transfer edilmiş və 1997-98-ci illərdə "Vicenza"da icarə əsasında oynaması istisna olmaqla 18 il davamlı olaraq "Milan" forması geyib. 

Bu barədə Galliani ""Milan" ilə Ambrosininin yolları ayrılır. Kapitanlığa isə Montolivonu gətirmək istəyirik", deyib.

İdman24.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər