Türkiyənin BAL liqasında iştirak edən "Sinopspor"un prinsipial razılığa gəldiyi Alanzinyo Türkiyəyə - Sinopa gəlib.
Fanat.Az xəbər verir ki, hava limanında klubun azarkeşləri tərəfindən zurna-balabanla qarşılanan və çiyinlərə alınan Alanzinyo orda onu gözləyən avtomobilə əyləşərək klubun bazasına yollanıb.
Bir dönəm Türkiyədə "Trabzonspor" və "Gənclərbirliyi"nin formasını geymiş braziliyalı yenidən bu ölkədə oynayacağı üçün sevindiyini və əlindən gələni əsirgəməyəcəyini bildirib.
Fanat.Az