"Barselona" Arsen Vengerə təklif göndərib.
Fanatı.Az xəbər verir ki, bu barədə "Le10sport" nəşri məlumat yayıb. Məlumata görə, Kataloniya klubu 71 yaşlı mütəxəssisə baş məşqçi postunu təklif edib. Lakin Venger bu təklifi qəbul etməyib.
Qeyd edək ki, Arsen Venger 1996-2018-ci illərdə 22 il ardıcıl "Arsenal"a başçılıq edib və 2017/18 mövsümünün sonunda komandadan ayrılıb. Həmin vaxtdan işsizdi.
"Barselona"nın hazırkı baş məşqçisi Kike Setyenlə müqaviləsi 2022-ci ilin yayında başa çatır. Lakin onun mövsümün sonunda komandadan gedəcəyi deyilir. Daha əvvəl klubun sabiq futbolçusu, Qətərin "Əl Sədd" komandasına başçılıq edən Xavini baş məşqçi gətirəcəyi deyilirdi. Lakin Xavi Qətər klubu ilə yeni müqavilə imzaladı
Fanat.Az