Mərakeş millisini DÇ-2026-ya daşıyan Reqraqi postundan ayrıldı

Mərakeş millisini DÇ-2026-ya daşıyan Reqraqi postundan ayrıldı

Mərakeş millisinin baş məşqçisi Valid Reqraqi postunu tərk edib.

Fanat.Az "RMC Sport"a istinadən xəbər verir ki, 50 yaşlı mütəxəssis özü vəzifəsindən ayrılmaq istəyib. 

Mərakeş Futbol Assosiasiyası Reqraqi ilə qarşılıqlı razılıq əsasında əməkdaşlığa son qoyub. Onun karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcəyi gözlənilir.

Qeyd edək ki, Mərakeş millisi bu il keçiriləcək dünya çempionatının qrup mərhələsində Braziliya, Haiti və Şotlandiya ilə eyni qrupda mübarizə aparacaq.

Toğrul

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər