"Mançester Siti"nin hücumçusu Erlinq Holand Lionel "Qızıl top"u və digər fərdi mükafatları qazanmaq şansını dəyərləndirib.
Fanat.Az xəbər verir ki, norveçli ulduz "Goal"-a açıqlamasında Messinin futbol oynamağa davam edərkən "Qızıl top"u qazanmasının çətin olacağını deyib:
"Fərdi mükafatlar qazanmaq üçün Messi butslarını mıxdan asmalıdır? "Yaxşı sualdır! Açığı, nə deyəcəyimi bilmirəm. Cəmi 23 yaşım var, yüksək fərdi mükafatları qazanmaq istəyirəm. Messi indiyə qədər oynamış ən yaxşı futbolçudur. Bəlkə də başqalarının, o cümlədən mənim ən yaxşı sayılmağımız üçün o, təqaüdə çıxmalıdır”.
Qeyd edək ki, Lionel Messi hazırda Amerikanın MLS liqasında çıxış edir.
Mirağa