"Məndə olan təcrübə Xavidə yoxdur, amma.." - Karlo Ançelotti

"Məndə olan təcrübə Xavidə yoxdur, amma.." - Karlo Ançelotti

"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti yanvarın 14-də "Barselona"ya qarşı keçirləcəkləri matçdan - İspaniya Superkubokunun final oyunundan öncə fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, "Mundo Deportivo" onun dediklərini belə çatdırıb:

"Məndə olan təcrübə Xavidə yoxdur, amma yaxşı göstəriciləri var. Ona məşqçi düşüncələri kömək edir. Xavi işinin öhdəsindən çox yaxşı gəlir. 

Biz "Barselona"dan yaxşı oynasaq, qələbə qazanacağıq. Ancaq oyunumuzla haqq etməyəcəyimiz halda belə, qalib gəlməyimizi istəyirəm".

Xatırladaq ki, İspaniya Superkubokunun finalı Səudiyyə Ərəbistanında keçiriləcək. 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər