"Arsenal"ın sabiq futbolçusu Pol Merson "topçular"ın baş məşqçisi Mikel Artetanın adının "Barselona" ilə yanaşı çəkilməsinə münasibət bildirib.
Fanat.Az xəbər verir ki, "Sky Sports" onun dediklərini belə çatdırıb:
"Mikel dedi ki, onu Xavini yerini tutacağı ilə bağlı söz-söhbətlərə görə üzgündür. Həm də bu yöndə yayılan məlumatları təkzib edib. Artetaya inanmalıyıq. Hazırda çox şey dəyişib və fikrimcə, "Arsenal" "Barselona"dan güclüdür. 15 il öncə istənilən mütəxəssis "Real"da və ya "Barsa"da olmaq istəyərdi. İndiki durum isə fərqlidir. Bu gün "Barselona"nın oyunçuları ilə işləməkdənsə, "Arsenal"da qalmaq daha məntiqəuyğundur".