İspaniyanın "Marca" nəşri PSJ-nin forvardı Kilian Mbappenin "Real Madrid"lə müqavilə bağladığını açıqlayıb.
Fanat.Az xəbər verir ki, mənbə Fransa millisinin forvardının yanvarda 5 illik anlaşmaya imza atdığını və anlaşmanın iyul ayının 1-də qüvvəyə minəcəyini vurğulayıb.
Xəbərə görə, Kilian artıq İspaniya nəhəngi ilə münasibətləri rəsmiləşdirdiyini PSJ rəhbərliyinə şəxsən çatdıraraq ona yeni təkliflər göndərməmələrini xahiş edib. Tərəflərin sözləşməni ötən ay imzaladıqları bildirilib.
Xatırladaq ki, Mbappe 2018-ci ildən PSJ-nin uğurları üçün çalışır. Ovaxtdan bəri Paris təmsilçisinin forması ilə 290 rəsmi matça çıxan fransalı forvard 243 qol və 105 məhsuldar ötürmə ilə yadda qalıb. Onun indiki klubu ilə müqaviləsinin müddəti 2024-cü ilin 30 iyun tarixinə qədər nəzərdə tutulub.