"Mbappenin qolu bizi sakitləşdirdi" - Luis Enrike 

"Mbappenin qolu bizi sakitləşdirdi" - Luis Enrike 

PSJ-nin baş məşqçisi Luis Enrike Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunda "Milan" üzərində Parisdə qazandıqları qələbəni şərh edib.

Fanat.Az xəbər verir ki, ispan mütəxəssis fikirlərini klubun saytına bölüşüb:

"Xoşbəxtəm, çox xoşbəxtəm. İlk 20-25 dəqiqədə bir qədər inamsız təsir bağışladıq. Kilian Mbappenin qolu bizi sakitləşdirdi. Məncə, rəqibimizdən daha yaxşıydıq. Belə səviyyəli oyunlarda 90 dəqiqə dominantlıq etmək olmaz. Müdafiədə pis görünməsək də, ideal da deyildik. Bu səbəbdən daha çox meydanın özümüzə aid hissəsində olduq.  İkinci hissədə futbolçularımız daha arxayın görünürdülər. Usman Dembele qol vurandan sonra komandanın özünəinamı artdı. Təəssüf ki, qeydə almadılar. Ancaq həmin epizodun ardından təhlükəli vəziyyətlər yaratmağa davam etdik və yekunda böyükhesablı qələbə qazandıq".

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər