Mbappe "Real Madrid"ə qarşı oynayacaqmı? - SON DURUM

Mbappe "Real Madrid"ə qarşı oynayacaqmı? - SON DURUM

PSJ-nin bugünkü məşqində komanda yoldaşı İdris Geye ilə toqquşaraq xəsarət alan və məşqi yarımçıq tərk edən Kilian Mbappenin son durumuna aydınlıq gəlib.

Fanat.Az "L’Equipe" nəşrinə istinadən xəbər verir ki, sol ayağından zədələnən ulduz hücumçu tibbi müayinədən keçib.

Onun zədəsinin ciddi olmadığı müəyyənləşib. Klubun tibbi personalı Mbappeni martın 9-da keçiriləcək Çempionlar Liqası oyununa - turnirin 1/8 final mərhələsinin "Real Madrid"lə cavab matçına qədər hazır vəziyyətə gətirməyə çalışacaq.

Mənbə Kilianın böyük ehtimalla, Madriddə meydana çıxacağını vurğulayıb.

Tərəflərin birinci görüşündə Paris təmsilçisi minimal hesablı qələbə qazanıb. Yeganə qolu matçın 90+4-cü dəqiqəsində Mbappe vurub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər