"Mbappe? "Liverpul"da oynamaq istəməyən futbolçu həkimə müraciət etməlidi"

"Mbappe? "Liverpul"da oynamaq istəməyən futbolçu həkimə müraciət etməlidi"
"Liverpul"un keçmiş qapıçısı Bryus Qrobbelar PSJ-nin hücumçusu Kilian Mbappenin Mersisayd klubuna mümkün keçidi barədə danışıb.
Fanat.Az Goal.com-a istinadən xəbər verir ki, Qrobbelar açıqlamasında qeyd edib:
"Mbappe "Liverpul"a keçsə, öz dəyərinin haqqını verməli olacaq. Hər şey Kloppdan asılıdı. O, yeni mövsümdə fərqli şeylər yoxlaya bilər.
"Enfild"ə ayaq basan hər kəs əsas heyətə düşmək üçün oyununu inkişaf etdirməlidi. Takumi Minamino nümunəsini çəkə bilərəm.
İndi hamı "Liverpul"da oynamaq istəyir, çünki biz çempionuq. "Liverpul"a keçmək istəməyən oyunçu həkimə müraciət etməlidi".
2019-20 mövsümündə Fransa Liqa 1-də 20 matçda meydana çıxan Mbappe 18 qol, 5 məhsuldar ötürmə ilə yadda qalıb.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər