"Real Madrid"in idarə heyətinin üzvü Joze Manuel Otero PSJ-nin və Fransa yığmasının ulduzu Kilian Mbappenin yayda niyə İspaniya gəlmədiyinə aydınlıq gətirib.
Fanat.Az xəbər verir ki, "kral klubu"nun funksioneri bu barədə AS-a danışıb:
"Hesab edirəm ki, pul həlledici amil oldu. Burada idman motivasiyasını görmürəm. O, gənc oğlandır. Onun başına pul yağdırıldı və belədə, bu qərarı verdi. Düşünürəm ki, bir gün başqa cür cavab verəcək və etdiyi əməldən peşman olacaq. O, yəqin ki, "Real Madrid"də Çempionlar Liqasını qazana biləcəyini düşünür”.
Xatırladaq ki, Mbappe bu yay parislilərlə olan müqaviləsinin müddətini 2025-ci ilin yayına qədər uzatmaqdan imtina etmişdi. Fransalı hücumçunun xidmətində "Real Madrid"in maraqlı olduğu bildirilirdi. Ulduz forvardın Paris klubu ilə indiki anlaşması 2024-cü ilin yayına qədər nəzərdə tutulub. 24 yaşlı hücumçu cari mövsüm Fransa çempionatında 5 oyuna çıxaraq 7 qol vurub.
Mirağa