Mauro İkardi "Atletiko Mineyro"nun radarında

Mauro İkardi "Atletiko Mineyro"nun radarında

Braziliya təmsilçisi "Atletiko Mineyro" hücum xəttini gücləndirmək üçün sürpriz bir adın transferini nəzərdən keçirir.

Fanat.Az "TYC Sports"a istinadən xəbər verir ki, Braziliya klubu Rişarlison transferində yaranan çətinliklərdən sonra Mauro İkardiyə yönəlib.

Transfer dəyəri 4 milyon avro olaraq qiymətləndirilən 33 yaşlı təcrübəli forvardın adı Cənubi Amerika təmsilçisinin siyahısında əsas alternativ kimi yer alıb.

Tərəflərin yaxın vaxtlarda mümkün keçidlə bağlı ilk təmaslara başlayacağı gözlənilir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər