"Yuventus" fransalı futbolçusu Blez Matyuidi ilə vidalaşıb.
Fanat.Az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Yarımmüdafiəçinin müddəti 2021-ci ilin yayına qədər olan müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.
33 yaşlı Matyuidi 2017-ci ildə PSJ-dən Turin təmsilçisinə keçib. Onun ABŞ-ın "İnter Mayami" klubu ilə razılığa gəlməsi haqda xəbərlər yayılıb.
Fanat.Az