Maskerano: "Barselona"da qalmayacam"

Maskerano: "Barselona"da qalmayacam"
"Yaşım üzündən forma geyinə bilməyəcəyim günlər gələcək və o zaman bədənim "Barselona"nın məndən tələb etdiklərini yerinə yetirə bilməyəcək. Bir mövsümdə 60-70 oyuna çıxmaq asan deyil. Bu səbəbdən də deyə bilərəm ki, karyeramı bitirəcəyim komanda "Barselona" olmayacaq". 
Fanat.az xəbər verir ki, bu sözləri "Barselona"nın futbolçusu Xavyer Maskerano deyib. 
Argentinalı futbolçu karyerasını bitirmək istədiyi klubla bağlı da danışıb: "Fiziki cəhətdən özümü göstərə biləcəyim bir klubda oynamalıyam".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər