Markes "Barselona"dan gedir -Yeni iş yeri bilindi

Markes "Barselona"dan gedir -Yeni iş yeri bilindi

"Barselona"nın rezerv komandasının - "Barselona Atletik"in baş məşqçisi Rafael Markes Kataloniya klubundan ayrılacaq.

Fanat.Az xəbər verir ki, məlumatı şəxsi "X" hesabı üzərindən tanınmış insayder Fabritsio Romano yayıb.

Xəbərə görə, 45 yaşlı Markes Meksika millisinin yeni baş məşqçisi Xavyer Aqirrenin köməkçisi olacaq.

Daha öncə 2022-ci ildən indiki işində çalışan Rafaelin "Barselona" ilə müqavilə yenilədiyi açıqlanıb. O, müddəti 2025-ci ilin yayına qədər nəzərdə tutulan anlaşmaya qol çəkib.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər