Dieqo Kostanı "Çelsi"yə satan "Atletiko" hücum xəttini gücləndirib. Fanat.az xəbər verir ki, Madrid təmsilçisi Mario Mandzukiçi heyətinə qatıb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. "Bavariya"dan transfer olunan xorvat futbolçu ilə 4 illik müqavilə imzalanıb. İspaniya mətbuatının məlumatına görə, "Atletiko" bu transfer üçün 22 milyon avrodan keçib.
Qeyd edək ki, Mandzukiç "Bavariya"da keçirilən 88 matçda 28 qola imza atıb. Əvvəllər Xorvatiyanın "Marsonia", "Zaqreb", "Dinamo" və Almaniyanın "Volfsburq" klublarında çıxış edib. Xorvatiya millisində 51 oyun keçirən Mario 15 qola imza atıb.
Fanat.az