"Manisaspor" UEFA-nın kluba tətbiq etdiyi transfer qadağasına görə millimizin üzvü Ufuk Budaka müraciət edib.
Fanat.Az yerli mediaya istinadən xəbər verir ki, "Manisaspor" keçmiş futbolçularının məvacibini ödəyə bilmədiyi üçün transfer qadağası ilə üzləşib. Onlardan biri də 2017-ci ildə komandda çıxış edən Ufuk Budakdı.
Artıq Manisa təmsilçisi 28 yaşlı müdafiəçi ilə danışıqlara başlayıb. Millimizin üzvü alacağı pullardan imtina etsə, problem həllini tapa bilər.
Qeyd edək ki, Ufuk Budak "Boluspor"a transfer olunub.
Fanat.Az