"Mançester Yunayted"in istədiyi vunderkind Almaniya klubunda - RƏSMİ

"Mançester Yunayted"in istədiyi vunderkind Almaniya klubunda - RƏSMİ

Dünya futbolunun ən istedadlı gənclərindən sayılan Benyamin Şeşkonun yeni klubu müəyyənləşib.

Fanat.Az xəbər verir ki, Avstriyanın "Zaltsburq" klubunun 19 yaşlı hücumçusu "Layptsiq"lə anlaşıb.

İnformasiyanı Almaniya təmsilçisinin rəsmi saytı yayıb. 

Sloveniyalı forvard yeni komandasına 2023-cü ilin yayında qoşulacaq və 5 illik müqaviləyə imza atacaq.

Qeyd edək ki, "Zaltsburq" sözügedən oyunçunu 2019-cu ildə Sloveniyanın "Domjale" klubundan almışdı. Həmin vaxt vunderkindlə "Mançester Yunayted" maraqlansa da, yekunda "Domjale"yə 3 milyon avro ödəməkdən imtina etdiyi üçün keçid baş tutmamışdı.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər