"Mançester Yunayted" futbolçusunu icarəyə verir

"Mançester Yunayted" futbolçusunu icarəyə verir

"Kristal Pelas" "Mançester Yunayted"in yarımmüdafiəçisi Donni van de Beki icarəyə götürəcək.

Fanat.Az xəbər verir ki, bu barədə “The Times” nəşri məlumat yayıb.

“Kristal Pelas” futbolçunun maaşını tam ödəyəcəyi halda "qırmızı şeytanlar" onu icarəyə verməyə hazırdır.

Qeyd edək ki, 24 yaşlı niderlandlı yarımmüdafiəçinin "Mançester Yunayted"lə müqaviləsinin müddəti 2025-ci ilin yayında başa çatır.

Xatırladaq ki, Van de Bek cari mövsüm bütün yarışlar daxil 14 oyun keçirib və 1 qol vurub. 

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər