"Mançester Yunayted" "Atletiko" ilə danışıqlar aparır - kimi istəyir?

"Mançester Yunayted" "Atletiko" ilə danışıqlar aparır - kimi istəyir?
"Mançester Yunayted" "Atletiko"nun müdafiəçisi Kiran Trippyeranı heyətinə qatmaq istəyir. 
Fanat.Az xəbər verir ki, bu barədə italyan jurnalist Nikolo Skira rəsmi "Twitter" hesabında yazıb. 
O, tərəflər arasında artıq danışıqların başladığını bildirib. 
"Qırmızı şeytanlar" 30 yaşlı futbolçu üçün 25 milyon avro təklif edir. Lakin Madrid klubunun rəhbərliyi Kiranın satışından 40 milyon avro qazanmaq niyyətindədir. 
Qeyd edək ki, ingilis futbolçusunun "Atletiko" ilə müqaviləsi 2023-cü ilin yayına qədərdir. 
 
Röya
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər