"Yuventus"un sabiq müdafiəçisi Leonardo Bonuççi İngiltərə Premyer Liqasından aldığı möhtəşəm transfer təklifi barədə mətbuata maraqlı açıqlamalar verib.
Fanat.Az xəbər verir ki, “The Sun” təcrübəli müdafiəçinin sözlərini belə çatdırır:
"2016-cı ildə "Mançester Siti"yə keçməyə yaxın idim. Onlar az qala 100 milyon funt-sterlinq təklif etdilər, lakin biz "Yuventus"la davam etməyə qərar verdik".
Qeyd edək ki, ötən yayda azad agent kimi "Union Berlin"ə keçən Bonuççi cari mövsüm 10 oyun keçirib və 1 qol vurub.
Nahid Məmmədov