“Mançester Siti”nin sabiq hücumçusu Alvaro Neqredo karyerasını İspaniya Sequndasında davam etdirəcək.
Fanat.Az xəbər verir ki, 38 yaşlı məşhur forvard "Valyadolid"ə keçib.
Bu barədə sözügedən klubun rəsmi saytında məlumat verilib.
Neqredo 2023/2024 mövsümünün sonuna qədər qüvvədə olan qısamüddətli müqavilə imzalayıb.
Alvaronun son iş yeri "Kadis" olub. Neqredo bu mövsüm La Liqada 7 oyun keçirib və qol vurmayıb. "Valyadolid" 25 turdan sonra Sequndada beşinci yerdədir. Komandanın aktivində 40 xal var.
Mirağa