"Mançester Siti"nin hücumçusu bu səbəbdən getmək istəyir

"Mançester Siti"nin hücumçusu bu səbəbdən getmək istəyir

"Mançester Siti"nin hücumçusu Xulian Alvares bu yay iş yerini dəyişə bilər.

Fanat.Az xəbər verir ki, informasiyanı tanınmış insayder Florian Plattenberq sosial şəbəkə hesabı üzərindən yayıb.

Məlumata görə, Erlinq Holandla mövqe uğrunda rəqabətib çətin olduğunu anlayan 23 yaşlı argentinalı başqa klubda daha parlaq karyera qurmağın planlarını cızır. Mənbə onu "Bayern Münhen"in istədiyini, lakin "Siti"yə hələ rəsmi təklif göndərmədiyini vurğulayıb.

Qeyd edək ki, Alvaresin "şəhərlilər"lə olan müqaviləsinin müddəti 2028-ci ilə qədərdir. Bu mövsüm 48 matçda forma geyinən cənubi amerikalı 17 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər