İngilərənin “Mançester Siti” klubunun futbolçusu Aleksandr Zinçenkonun həyat yoldaşı Vlada Ukraynadakı müharibəni pisləmək üçün ruslara rus dilində müraciətdən imtina edib. Fanat.Az xəbər verir ki, Ukraynada idman jurnalisti kimi çalışan Vladanın ölkəsini işğal edən Rusiya dövlətinə və ordusuna öz dilində belə mesajı ünvanlayıb: "Ruslar bizi başa düşsün deyə, rus dilində açıqlamamı istəyirsiniz. Rus dilində ünsiyyət qurmaq mənim üçün çətin deyil. Amma 40 gündür müharibə gedir. Rusların məni eşitməsi üçün rus dilində deyə biləcəyim bir şey var (söyüş söyür). Onların qarşısında diz çökək? Mən Ukrayna dilində danışmağa davam edəcəyəm". Zinçenkolar işğal başlayandan bəri Rusiya rejiminin ən sərt əleyhdarları arasında olublar. Onlar İngiltərədə Ukraynaya dəstək aksiyalarında iştirak ediblər. Aleksandr Zinçenko bir neçə dəfə "Instagram"da yüksək tonlar Rusiyaya səslənərək müharibəni dayandırmağa çağırıb.
"Mançester Siti"nin futbolçusunun xanımı rusları söydü
TREND
Azərbaycan futbolu
10:51
04.10.2026
Günün oyunları bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
00:29
04.10.2026
Dostluq deyib gəldilər, hörmətsizlik edib getdilər
Azərbaycan futbolu
23:31
07.10.2026
"Qarabağ"ın gənc hücumçusuna Avropa nəhəngindən dəvət
Azərbaycan futbolu
18:56
04.10.2026
Millətlər Liqası: Azərbaycan Litvanı məğlub etdi