"Mançester Siti"dən 60 milyonluq transfer

"Mançester Siti"dən 60 milyonluq transfer

"Mançester Siti" yeni transfer reallaşdırmağa yaxındır.

Fanat.Az xəbər verir ki, "Vulverhempton"un yarımmüdafiəçisi Mateus Nunyes karyerasını "şəhərlilər"də davam etdirəcək. 

İnformasiyanı insayder Pedru Almeyda yayıb.

Mənbənin məlumatına görə, tərəflər artıq razılığa gəliblər. “Qurdlar” futbolçusuna görə 60 milyon avro təzminat alacaq.

Nunyesin yeni müqaviləsisinin müddəti 2027/2028 mövsümünün sonuna qədər nəzərdə tutulub.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər