“Mançester Siti” Almaniyanın “Leypsiq” klubundan müdafiəçi Yoşko Qvardiolun transferini reallaşdırıb.
Fanat.Az xəbər verir ki, "şəhərlilər"in rəsmi saytı keçidi elan edib. Xorvat müdafiəçi ilə 5 illik müqavilə imzalanıb.
Yoşko MS-də 24 nömrəli forma altında çıxış edəcək.
İngiltərə mətbuatı çempionun bu transfer üçün qarşı tərəfə 90 milyon avro ödədiyini bildirir. Mirağa