“Mançester Siti” və “Liverpul”dan səfərdə çətin qələbə

“Mançester Siti” və “Liverpul”dan səfərdə çətin qələbə

İngiltərə Premyer Liqasında 3-cü tura yekun vurulub.

Fanat.Az xəbər verir ki, son gündə daha 3 görüş baş tutub.

“Börnli” - “Aston Villa” matçı qonaqların inamlı qələbəsiylə yekunlaşıb. “Mançester Siti” səfərdə “Şeffild Yunayted” üzərində çətin qələbəyə sevinib. “Nyukasl”ın qonağı olan “Liveprul” da turu əzmkar qələbə ilə başa vurub.

3 turdan sonra “Mançester Siti” 9 xalla zirvədə qərarlaşıb. “Vest Hem”, “Tottenhem”, “Liverpul” və “Arsenal” 7 xal toplayıblar.

İngiltərə Premyer Liqası 3-cü tur 25 avqust

Çelsi – Luton Taun 3:0 Qollar: Sterlinq, 17; 69. N.Cekson, 75.

26 avqust

Bornmut – Tottenhem 0:2 Qollar: Meddison, 17. Kuluşevski, 63.

Arsenal – Fulhem 2:2 Qollar: Saka, 70-pen. Nketia, 72 – A.Pereyra, 1. Palinya, 87.

Brentford – Kristal Pelas 1:1 Qollar: Şade, 18 – Andersen, 76.

Everton – Vulverhempton 0:1 Qol: Kalaydziç, 87.

Mançester Yunayted – Nottingem Forest 3:2 Qollar: Eriksen, 17. Kazemiro, 52. B.Fernandes, 76 – Avoniyi, 2. Boli, 4.

Brayton – Vest Hem 1:3 Qollar: Qross, 81 – Uord-Prouz, 19. Bouen, 58. Antonio, 63.

27 avqust

Börnli – Aston Villa 1:3 Qollar: Foster, 47 – Kaş, 8; 20. Diabi, 61.

Şeffild Yunayted – Mançester Siti 1:2 Qollar: Boqle, 85 – Haland, 63. Rodri, 88.

Nyukasl – Liveprul 1:2 Qollar: Qordon, 25 – Nunez, 81; 90+3.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər