"Mançester Siti" superulduzunu belə təqdim etdi - VİDEO

"Mançester Siti" superulduzunu belə təqdim etdi - VİDEO

"Mançester Siti" Dortmund "Borussiya"sından aldığı Erlinq Holandı rəsmən ictimaiyyətə təqdim edib.

Fanat.Az xəbər verir ki, "şəhərlilər"in mətbuat xidmətinin açıqladığı məlumatda 13 iyun tarixinin rəmzi olaraq seçildiyi vurğulanıb. Belə ki, 22 il əvvəl məhz bu tarixdə Erlinqin atası Alfiye də "Mançester Siti" ilə müqavilə imzalayıb. 

21 yaşlı norveçli müddəti 2027-ci ilin yayına qədər olan - beş illik müqaviləyə imza atıb. O, iyulun 1-də komandaya qoşulacaq.

Norveç millisinin üzvü olan Holand "Borussiya"nın heyətində 89 oyunda 86 qol vurub və Almaniya Kubokunu qazanıb. O, 2020/21 mövsümündə Bundesliqanın ən yaxşı futbolçusu olub.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər