"Mançester Siti" onu rekord qiymətə transfer edir - Hələ beləsi olmayıb

"Mançester Siti" onu rekord qiymətə transfer edir - Hələ beləsi olmayıb

"Mançester Siti" heyətini yeni ulduzla gücləndirməyə çox yaxındır.

Fanat.Az xəbər verir ki, məlumatı "Daily Mail" yayıb. 

Xəbərə görə, "şəhərlilər" Almaniyanın "Leyptsiq" klubu ilə xorvat müdafiəçi Yoşko Qvardiolun transferi ilə bağlı razılığa gəlib. Mənbə Yoşkonun tranfserinin "Siti"yə 104,4 milyon avroya başa gələcəyini vurğulayıb ki, bu da futbol tarixinə ən bahalı müdafiəçi tranfseri kimi düşəcək.

"Mançester Siti" onu rekord qiymətə transfer edir - Hələ beləsi olmayıb

İndiki rekord 2019-cu ildə 92,8 milyon avro qarşılığında "Lester Siti"dən "Mançester Yunayted"ə keçən Harri Maquayra məxsusdur.

Transfer baş tutsa, Qvardiol bu yay "şəhərlilər"in aldığı ikinci xorvat olacaq. MS daha öncə "Çelsi"nin yarımmüdafiəçisi Mateo Kovaçiçi rənglərinə bağlayıb.

Qeyd edək ki, 21 yaşlı Yoşko ötən mövsüm "Leyptsiq" forması ilə 41 matça çıxaraq 3 qol vurub.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər