"Mançester Siti" Olise üçün bu qədər xərcləməyə hazırdır

"Mançester Siti" Olise üçün bu qədər xərcləməyə hazırdır

İngiltərə nəhəngi "Mançester Siti"nin sözügedən ölkənin digər elita təmsilçisi "Kristal Pelas"ın vingeri Maykl Olisenin transferi üçün nə qədər ödəməyi planlaşdırdığı açıqlanıb.

Fanat.Az xəbər verir ki, məlumatı şəxsi "X" hesabı üzərindən jurnalist Alan Nikson yayıb.

Məlumata görə, MS bu keçid üçün qarşı tərəfə 69 milyon avro ödəməyə hazırdır. Mənbə Olisenin özünün Xosep Qvardiolanın komandasında oyun praktikasından əziyyət çəkə biləcəyindən ehtiyatlandığını və indilik iş yerini dəyişmək barədə qərarını qətiləşdirmədiyini vurğulayıb.

Qeyd edək ki, cari mövsüm klubunun forması ilə İngiltərə Premyer Liq1asında 11 matça çıxan 22 yaşlı Maykl 6 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Onun "Kristal Pelas"la müqaviləsinin müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər