"Mançester Siti" bu yay əsas transfer hədəflərindən birini reallaşdırmaq üçün 60 milyon avro xərcləməyə hazırlaşır.
Fanat.Az xəbər verir ki, bu barədə tanınmış jurnalist Fabritsio Romano məlumat yayıb.
Mənbənin məlumatına görə, “şəhərlilər” heyətini “Brayton”un müdafiəçisi Mark Kukurelya ilə gücləndirmək niyyətindədir.
23 yaşlı ispaniyalı futbolçu ilə “Mançester Siti”nin baş məşqçisi Xosep Quardiola şəxsən maraqlanır.
Emin