"Mançester Siti" Bernardu Silva ilə bağlı yekun qərarını verdi

"Mançester Siti" Bernardu Silva ilə bağlı yekun qərarını verdi

"Mançester Siti" rəhbərliyi komandanın yarımmüdafiəçi Bernardu Silva ilə bağlı yekun qərarını verib.

Fanat.Az-ın məlumatına görə, informasiyanı sosial şəbəkə hesabı üzərindən jurnalist Dunkan Kasls yayıb.

Mənbə "şəhərlilər"in yaxın günlərdə Silva ilə yeni müqavilə bağlayacağını vurğulayıb. 

Daha öncə İngiltərə və İspaniya mətbuatında Bernardunun sonradan transfer hüquqlarına yiyələnmək şərti ilə "Barselona"ya icarəyə veriləcəyi barədə xəbərlər dərc edilmişdi.

Qeyd edək ki, portuqaliyalı futbolçunun MS ilə indiki anlaşması 2025-ci ilin yayına qədər nəzərdə tutulub.

Nihat 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər