Madrid "Atletiko"su Juao Qomes üçün hərəkətə keçdi

Madrid "Atletiko"su Juao Qomes üçün hərəkətə keçdi

İspaniyanın "Atletiko" Madrid klubu "Vulverhempton"un yarımmüdafiəçisi Juao Qomesin transferi üçün rəsmi danışıqlara başlayıb.

Fanat.Az xəbər verir ki, "TalkSPORT"un yaydığı məlumata görə, 23 yaşlı braziliyalı futbolçunun transfer dəyəri təxminən 40 milyon funt-sterlinq civarında qiymətləndirilir.

"Vulverhempton"un Premyer Liqadan aşağı dəstəyə düşməsi oyunçunun komandadan ayrılmaq istəyini daha da artırıb.

Dieqo Simeone aqressiv oyun tərzi ilə seçilən Qomesi öz komandasının yarımmüdafiə xətti üçün ideal namizəd hesab edir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər