Madrid nəhəngi MY-nin transfer hədəfini əlindən alır - SON DURUM

Madrid nəhəngi MY-nin transfer hədəfini əlindən alır - SON DURUM

"Everton"un mərkəz müdafiəçisi Cerred Brantueyt "Real Madrid"ə keçə bilər. 

Fanat.Az xəbər verir ki, informasiyanı "Planeta Real Madrid" yayıb. 

Mənbənin məlumatına görə, “Mançester Yunayted” də uzun müddətdir 22 yaşlı futbolçunu izləyir. “Qırmızı şeytanlar” ingilis oyunçu ilə ötən yay müqavilə imzalamağa çalışsalar da, "şirniyyatçılar"la anlaşa bilməyiblər. "Real" Cerred üçün İngiltərə nəhəngi ilə rəqabət aparmağı planlaşdırır. 

"Transfermarkt" Cerred Brantueytin dəyərini 42 milyon avro qiymətləndirirlər. Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər