"Real Madrid" Fransa Liqa 1-dən futbolçu almağa yaxındır.
Fanat.Az xəbər verir ki, informasiyanı jurnalist Feliks Dias yayıb.
Mənbənin məlumatına görə, "Kral klubu" "Lill"in mərkəz müdafiəçisi Leni Yoronun transferi üçün danışıqlara başlayıb. Hadisələrin inkişafı 18 yaşlı fransızın yayda "Real Madrid"ə keçəcəyini deməyə əsas verir.
Qeyd edək ki, istedadlı müdafiəçinin "Lill"lə müqaviləsi 2025-ci ilin yayında başa çatacaq.
Yoro bu Fransa çempionatında 23 matça çıxaraq 2 qol vurub.
Mirağa