"Atletiko"nun hücumçusu Alvaro Morata "Yuventus"a keçəcək.
Fanat.Az "Cuatro"ya istinadən xəbər verir ki, Madrid klubunun forvardı Turin təmsilçisi ilə 1 illik icarə müqaviləsi bağlayacaq. "Atletiko" ön xətt oyunçusunu İtaliya təmsilçisinə göndərəndən sonra "Barselona"nın hücumçusu Luis Suaresi transfer etməyə çalışacaq.
Xatırladaq ki, Morata daha öncə 2014-2016 aralığında "Yuventus"da çıxış edib.
Fanat.Az